Milli Məclisin payız sessiyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçiləcək.
Modern.az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.
Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.
Payız sessiyasında Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.