"Milli Məclisin deputatı Ziyad Səmədzadənin koronavirus təhlükəsinə görə karantinə alındığı barədə yayılanlar doğru deyil. O, hazırda evindədir"
Bu barədə Modern.az-a Z.Səmədzadənin köməkçisi məlumat verib.
Deputatın köməkçisi yayılan məlumatların əsassız olduğunu qeyd edib.
Qeyd edək ki, mətbuatda Z.Səmədzadənin karantinə alınması barədə xəbərlər yayılıb.
Xatırladaq ki, Z.Səmədzadənin 80 yaşı var.