Modern.az

Milli Məclisin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

Milli Məclisin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

12 Fevral 2021, 10:53

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli tutduğu vəzifədən azad edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

 

Onun yerinə isə Mehman Qayıbov təyin edilib.

Xatırladaq ki, Ceyhun Əli 2020-ci ilin mayında Milli Məclisə mətbuat katibi - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.

Ceyhun Əli həmin vaxtadək İctimai Televizyada aparıcı idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var