"Yaxın gələcəkdə yəqin ki ehtiyac meyarı olmayacaq".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə bugünkü çıxışı zamanı deyib. O qeyd edib ki, bu məsələ gələcək hədəflərdən biridir:
"Ünvanlı sosial yardımı üçün təyin etmək üçün yaşayış minimumundan istifadə edəcəyik".
Qeyd edək ki, gələn il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib.