Modern.az

Deputat spikerdən AZAL-la bağlı məsələyə qarışmağı XAHİŞ ETDİ

Deputat spikerdən AZAL-la bağlı məsələyə qarışmağı XAHİŞ ETDİ

Parlament

14 Dekabr 2021, 13:10

"Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib,  özümüz də eşidəcəyik".

 

Modern.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin iclasında çıxış edərkən deyib.
 

O xatırladıb ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da İrəvandan İstanbula reys açdıqlarını bildirib:


“Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur Dəhlizi açılsın. Ora gedib o qiymətə uçuş edim. Benzin, dizel bizim... Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra- qaldıra getsin. Allahın bir dənə “Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən qardaş?! O gün oxuyuram ki, hoteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o hotelə? Əlbəttə, yox!
Hörmətli Sahibə Qafarovadan xahiş edirəm, bir sədr kimi bu məsələyə qarışın və həll edin".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok