Modern.az

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada tanınır - Spiker

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada tanınır - Spiker

Parlament

24 Dekabr 2021, 11:16

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasını dövlət başçısını təbrik nitqi ilə açıb.

 

Modern.az-ın məlumatına görə, sədr bugünkü iclasın çox əlamətdar günə təsadüf etdiyini bildirib.

 

S. Qafarova Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib:

 

“Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada tanınır. Prezidentin həyata keçirdiyi siyasət ölkəmizi dünyada etimadlı tərəfdaş kimi tanıdıb”.

 

Sədr bu günün əlamətdar gün olduğunu xatırladaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlarla bağlı məlumat verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var