Modern.az

Şöbə müdiri pensiyaya erkən çıxmaqdan danışdı

Şöbə müdiri pensiyaya erkən çıxmaqdan danışdı

Parlament

13 Mart 2024, 15:16

“Əhaliyə göstərilən pensiya xidmətlərinin elektronlaşdırılması səviyyəsinin yüksəldilməsi, eləcə də elektron pensiya təyinatı sisteminin əhatə dairəsinin genişləndirilməsi, güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaşların müraciət etmək, habelə müxtəlif sənədlər toplamaq və s. öhdəliyinin ləğv edilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda 2022-ci il 13 may tarixli 530-VIQD nömrəli Qanunla edilmiş dəyişikliklə Qanunun 8-ci maddəsində nəzərdə tutulan şəxslərə də avtomatlaşdırılmış qaydada pensiya təyinatı imkanı yaradılıb”. 

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

 

“Lakin təcrübədə uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin uşaqlarını 8 yaşınadək böyütməsi faktını təsdiq edən elektron məlumat bazasının olmaması bu xidmətin avtomatlaşdırılmasına mane olur. Əvvəlki təcrübədə qeyd olunan fakt yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış əsasında təsdiq edilir. Həmin qurumların isə qeyd olunan məsələ ilə bağlı elektron resursunun mövcud olmaması 8-ci maddə üzrə hüququ yaranan şəxslərə avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan vermir. Dəyişikliyə əsasən bu tələb aradan qaldırılacaq, pensiya hüququ yaranmış həmin şəxslər heç bir müraciət etmədən onlara pensiya təyin ediləcək. 

 

Bundan əlavə, yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq”,- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok