Modern.az

“Vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara rast gəlinir” - Komitə sədri

“Vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara rast gəlinir” - Komitə sədri

Parlament

14 Mart 2024, 12:14

“Bölgələrdə vaxtı keçmiş və keyfiyyətsiz dərmanlara rast gəlinir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisinin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.

“Bizə müraciət edən seçicilərin əsas şikayətləri bununla bağlıdır. Biz ümid edirik ki, yaxın zamanda bu qanunun qəbul olunması ilə bu məsələ öz həllini tapacaq. Vaxtı keçmiş və keyfiyyətsiz dərman vasitələrə rast gəlinməli deyil. Bunun üzərində ciddi işlər aparılmalıdır. Bundan əlavə, bölgədə əhalinin elektron resseptlərdən məlumatı azdır. Ona görə də bu sahədə də işlər gücləndirilməlidir”,-deyə komitə sədri qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok