Modern.az

10 kəndin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün - Zahid Oruc

10 kəndin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün - Zahid Oruc

Parlament

15 Mart 2024, 12:03

“Ötən il iqtisadi artımın 1%-dən kiçik olması adambaşına düşən gəlirlərin də azaldığını göstərir. Qeyri-neft sektorunun 3,2%-lik artımı, neft sektorunun 1,6%-lik azalması ilə iqtisadi artım 0,8% təşkil edib. Bunun başlıca səbəbinin sərhədlərin bağlı olması, əhalinin sərbəst hərəkət və ticarətindəki məhdudluqdur. Dövlətin qərarı başadüşüləndir, lakin Rusiya ilə ticarət dövriyyəsinin tarixdə ilk dəfə rekord həddə - 7.3 milyard manata çatmasını nəzərə alaraq, qonşu ölkə ilə sərhədlərin açılması əhalinin iqtisadi aktilviyi və gəlirlərini bərpa edə bilər”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib.

 

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ötən il beynəlxalq mövqelərini gücləndirib, bu sevindiricidir.

 

"İslam Konfransı Təşkilatı, o cümlədən, 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq ÜDM-ə malik olan türk  coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşal planı”nın bir parçası olar. Hökumət Amerika və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər. Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər. Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun”, deyə komitə sədri qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok