Modern.az

Olmaz ki, nazirlik məsləhət verdiyi qədər iş yeri açsın? - Fazil Mustafa

Olmaz ki, nazirlik məsləhət verdiyi qədər iş yeri açsın? - Fazil Mustafa

Parlament

15 Mart 2024, 12:16

"Qarabağ”ın dünənki uğuru göstərdi ki, maliyyə müstəqilliyi olan bir komanda Avropada Azərbaycan idmanının bu qədər üstünlüklərini göstərə bildi”.

 

 Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində deputat Fazil Mustafa bildirib.


“Bürokratiya müdaxilə etmədikcə inkişaf daha çox olur. İdmanımızın inkişafına bu istiqamətdə diqqət yetirməliyik. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 643 min nəfərə peşəyönümlü məsləhət verib, 486 min nəfərə iş yeri açdığı qeyd olunur. Olmaz ki, iş yeri açdığı qədər məsləhət, məsləhət verdiyi qədər də iş yeri açsın? İşə düzəldirlər bir ildən sonra çağırırlar ki, müqavilənin müddəti bitib yerinə başqa adamı götürürlər. Bu nöqsanlar aradan qaldırılmalıdır”, - deyə deputat qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok