Modern.az

"Belə gedərsə, Avopa standartları xalqımız üçün xəyal olaraq qalacaq"

Parlament

15 Mart 2024, 15:17

“2023-cü ildə ölkə sərhədləri heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Ötən il ÜDM-nin həcmində 1,1 % artım olub, Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə dünya üzrə bu 3,1 olub. Adambaşına düşən ÜDM-nin həcmi  0,5 % artıb bu da Avropa ölkələrindən 8-10 dəfə azdır.  Əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina etməsək, iqtisadiyyata hökumətin nəzarətinə son qoyulmasa bu artım tempi ilə Avropa yaşam standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.


“Bütün bunlara baxmayaraq 2 hadisəyə görə 2023 xalqımızın tarixində əlamətdar il kimi qalacaq. 23 aprel dövlət sərhədlərini, 20 sentyabrda isə Qarabağ üzərində dövlət suverenliyini bərpa etdik. 20 sentyabr həm də Əsrin Müqaviləsinin imzalandığı gündür. Təklif edirəm ki, ya 20 sentyabr “Uğur” yaxud “Qələbə” günü kimi bayram günlərinə daxil edilsin ya da Zəfər Günü 20 sentyabra dəyişdirilsin. 


Bundan əlavə istəyərdim bilək ki, COP29 üçün hökumət nə qədər pul xərcləyir. Velosiped yolları çəkirik, sağlam həyata təşviq edirik amma turistlər görəcək ki, şəhərin mərkəzi, məktəblərin ətrafı siqaret köşkləri ilə doludur. Bu qoyulan pulu, əziyyəti batıracaq. Reklam haqqında qanuna əməl edən yoxdur. Hər yerdə tütün reklamları aparılır. Büdcədən tütün kartellərinə yaxşı pul ödəyək ki, 1 ay siqaret reklam etməsinlər, məktəblərin yanından köşklərdə ölkəmizin imici naminə siqaret satışını dayandırsınlar”,- deyə komitə sədri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok