Modern.az

"Həmin əşyaların satışını təşkil edənlər Ermənistan və İran vətəndaşları idi"

Parlament

5 Aprel 2024, 13:33

“Ermənistan və İran Azərbaycan mədəniyyət nümunələrini öz adına çıxaraq dünya bazarlarında satırlar”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında bildirib.


“Müxtəlif ölkələrə gedərkən mağazalarda Azərbaycan xalqının maddi-mədəni irsinə aid olan əşyaların satışa çıxarılmasının şahidi oluruq. Həmin əşyaların satışını təşkil edən də Ermənistan və İran vətəndaşları idi. Azərbaycanda mindən çox muzey, məscidlər işğal dövründə dağıdılaraq başqa xalqın nümayəndələrinə satılıb. Hesab edirəm ki, bu məsələ barədə ciddi məşğul olunmalı və sözügedən cinayət əməlləri barədə faktlar toplanaraq Azərbaycan xalqına məxsus irslərin geri qaytarılması üçün əməli addımlar atılmalıdır. Azərbaycan xalqına məxsus irslərin geri qaytarılması üçün beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir