Modern.az

Milli Məclisdə yenə dava düşdü

Milli Məclisdə yenə dava düşdü

13 Oktyabr 2010, 17:31

Bu gün Milli Məclisdə 2011-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi mübahisələrsiz ötüşməyib. Modern.az-ın məlumatına görə, bu dəfə də mübahisəyə Müsavat deputat qrupunün üzvü Pənah Hüseynin çıxışı səbəb olub. Çıxışı zamanı Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovdan sitat gətirən, hakimiyyəti tənqid edən P.Hüseynə qarşı tərəfi təmsil edən millət vəkilləri cavab veriblər.

Vitse-spiker Valeh Ələsgərov Pənah Hüseyndən sözlərinə sərhədd qoymağı, ondan yalançı sitatlar gətirməməyi tələb edib.

Deputat Aydın Mirzəzadə isə Pənah Hüseynin müəllimlərin və həkimlərin adından danlşmaq haqqının olmadığını söyləyib. O, bildirib ki, P.Hüseyn yenidən deputatlığa namizəddir və o, özünü reklam etməklə məşğuldur.

A.Mirzəzadəni dəstəkləyən I vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, deputatlığa namizədlər üçün təbliğat-təşviaqat kampaniyası 3 gündən sonra başlayacaq, amma Pənah Hüseyn indidən özünün təbliğatına start verib. Z.Əsgərovun sözlərinə görə, bununla Seçki Məcəlləsinin tələblərini pozan P.Hüseyn barədə məsələyə MSK-da baxılmalıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok