Onlar üçün tikiləcək binanın layihəsi təsdiqlənib...
Jurnalistlər üçün tikiləcək binanın layihəsi artıq təsdiqlənib. Bunu “Media forum” saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Evlərin Bakıda, Bibiheybət məscidi yaxınlığında tikilməsi planlaşdırılır.
Vüqar Səfərli bildirib ki, layihə sərəncam verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: “Uzağı həftə sonuna layihələrin eskizlərini saytımızda yerləşdirəcəyik”.
Modern.az