Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub.
Modern.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhid olan əsgər Zeynalov Cabbar Firuddin oğludur.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Allah rəhmət eləsin.