Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində insan ölümü ilə nəticələnən hadisə baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xankəndində mənzillərin birində 3 nəfərin cəsədi aşkarlanıb.
İlkin məlumatlara görə, onlar dəm qazından boğularaq ölüb. Daha 5 nəfərin ağır vəziyyətdə xəsətxanaya çatdırıldığı da bildirilir. Ölənlərin Hari Haloyan, Reqina Qaloyan və Tamara Qaloyan olduğu bildirilir.