Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.
"Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq".
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.