Dağlıq Qarabağda ailə həyatı quran cütlüklərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma rejimin “ədliyyə naziri” açıqlama verib.
Onun sözlərinə görə, yanvar-iyun aylarında Qarabağda 419 cütlük ailə həyatı qurub. Halbuki 2017-ci ildə bu nikahların sayı 468 olub. Qondarma rejim nümayəndələri bunu 90-cı illərdə doğum səviyyəsinin kəskin aşağı düşməsi ilə bağlayıblar.