Ermənistan ordusunun keçmiş generalı, “Yerkrapa” könüllülər birliyinin keçmiş lideri Manvel Qriqoryan yenidən həbs olunacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Yerevan Apellyasiya məhkəməsi qərar çıxarıb.
Onun zaminə buraxılması barədə qərardan şikayətçi olan Prokurorluğun vəsatəti tam təmin olunub.
Xatırladaq ki, Manvel Qriqoryan 1991-1994-cü illərdə Azərbaycan torpaqlarına təcavüzdə birbaşa iştirak edib. O, evində azərbaycanlı əsir və girovları saxladığını da müsahibələrinin birində etiraf etmişdi.