Ermənilər Birləşmiş Millətlər Təşkilatında Azərbaycana qarşı növbəti təxribata əl atıblar.
Modern.az xəbər verir ki, BMT rəsmi sənəd kimi Qarabağdakı qondarma rejim nümayəndələrinin hazırladığı və “Artsaxda dayanıqlı inkişaf üçün könüllü milli baxış” adını almış hesabat yayımlayıb.
Həmin sənəd “2030-cu ilə qədər BMT-nin dayanıqlı inkişaf gündəliyi” adlı rəsmi qərarı əsasında yazılıb.
Sənəddə qondarma rejimin demokratik cəmiyyət yaratmaq səyləri barədə məlumatlar və Azərbaycana qarşı əsassız iddialar yer alıb. Sənəd “xarici işlər nazirliyi və “Artsaxın dayanıqlı inkişaf milli şurası” tərəfindən hazırlanıb.