Amerikalı konqresmenlər Cudi Çu və Ceki Şpeyer Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər ediblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onların olduğu mülki helikopter Azərbaycanın dünya birliyi tərəfindən tanınan hava sərhədlərini pozaraq, Xocali aeroportuna eniş edib.
Aeroportda onları qondarma rejimin “vitse-spiker”i Vaqram Balayan və “xarici işlər nazirinin müavini” Armine Aleksanyan qarşılayıb.
Xatırladaq ki, bundan öncə, daha bir konqresmen – Frenk Pallone də Dağlıq Qarabağa helikopterlə səfər etmişdi.