Modern.az

Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT

Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT

27 May 2020, 09:56

Ermənistan Dağlıq Qarabağ ərazisində istehsal olunmuş çeşidli məhsulları Rusiya bazarlarına ixrac etməyə müvəffəq olur.

 

Modern.az xəbər verir ki, sonuncu belə hal Rusiyanın Tula şəhərində yerləşən “Selgros” marketlər şəbəkəsində qeydə alınıb. Marketin piştaxtalarında Dağlıq Qarabağda istehsal olunmuş “Artsax Frut” şirkətinin istehsal etdiyi çeşidli mürəbbələr satılır.

Qarabağdan Rusiyaya konservləşdirilmiş məhsullar, spitrli içkilər və meyvə-tərəvəz ixrac olunur. Rusiya ilə Ermənistan Avrasiya İttifaqının üzvü olduğu üçün onlar arasında gömrük yoxlamaları maksimum sadələşdirilib. Bunun hesabına işğal altındakı ərazilərdə istehsal olunan məhsullar Rusiya bazarlarına asanlıqla yol tapır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir