Rusiyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən sülhməramlı kontingenti yeni açıqlama verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sülhməramlı kontingentin mühəndis bölmələri qrupu son sutka ərzində Dağlıq Qarabağda 2 hektar ərazini, 2,3 kilometr yolu yoxlayıb və 1 partlamamış mərmi aşkar edib.
2020-ci il noyabrın 23-dən bu günə qədər mina axtarma qrupları Qarabağda 2 053 hektar ərazini, 627,3 kilometr yolu yoxlayıb və 25 601 partlayıcını məhv edib.