Modern.az

Eks-prezident Qazaxın 7 kəndini Azərbaycana qaytarmağa SƏSLƏDİ

Eks-prezident Qazaxın 7 kəndini Azərbaycana qaytarmağa SƏSLƏDİ

10 İyun 2021, 15:56

“Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır”. Modern.az xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında Sovet İttifaqı dövründə mövcud olan sərhəd xətti tanınmalıdır.

 

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz”.

Faktiki olaraq, Ter-Petrosyan Qazaxın işğal alıtndakı 7 kəndini və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasını çağırış edib.

 

 Aysel Məhərrəm

 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək