“Əgər razılşama əldə olunarsa, məlumat verəcəyik”.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşəcəyi ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
Xatırladaq ki, Rusiya və Ermənistan mediası Moskvada noyabrın əvvəllərində baş tutacaq görüş zamanı sərhədlərin delimitasiyası və demarkasiya, həmçinin, Zəngəzur dəhlizinin açılması ilə bağlı 2 sənəd imzalanacağını iddia edir.