Modern.az

Ermənistanda əsgər əsgəri GÜLLƏLƏDİ

Ermənistanda əsgər əsgəri GÜLLƏLƏDİ

9 Dekabr 2021, 09:40

Ermənistan ordusunun əsgəri Senik Arturoviç Saakyan (2003-cü il təvəllüdlü) xidmət yoldaşı tərəfindən güllələnib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin dekabrın 8-də saat 23:50 radələrində Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində baş verdiyi bildirilir.

Yaralı əsgərin vəziyyəti son dərəcə ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək