Bu gün «Vətən» Futbol Məktəbinin AFFA və Təhsil Nazirliyi tərəfindən birgə inşa olunmuş yeni idman bazasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AFFA İcraiyyə Komitəsinin üzvləri Ələkbər Məmmədov, İskəndər Cavadov, Elmar Qasımov, Mirkamil Rəhimov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin rəsmi hissəsindəki çıxışlar başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov yeni idman bazasının meydançasında penalti zərbəsi vurublar.