Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlərə təşkil etdiyi mediatur Ağcabədi, Tərtər və Gəncəyə oldu.
Yolumuz Bakıdan 374 km aralıda yerləşən Ağcabədi rayonu idi. Media nümayəndələri ilə Qarabağ Atçılıq Mərkəzinə gəldik, otlardan hazırlanmış atların maketləri həyətə sanki bir gözəllik verirdi. Bizi Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov qarşıladı.
Hazırda kompleksdə 245 baş Qarabağ cinsindən olan at yetişdirilir. Dünyada isə 265 növ at var. Onlardan Azərbaycanda 2 növü yetişdirilir - biri Qarabağ atı, digəri isə Dilbaz atıdır.
Bu atçılıq mərkəzinin ilk binası Ağdam rayonunun Eyvazxanbəyli kəndində yerləşib. Sovet hakimiyyəti dövründə hər il Moskvada dünya bazarı deyilən bir hərrac keçirilirdi. Ölkədən hərraca 15-20 baş at göndərilir və nəticədə hər biri 7-10 min dollar məbləğində satılırdı .
Hüseynovun sözlərinə görə 1993 cü –il Ağdam işğal olunarkən, Qarabağ atçılıq zavoduna ermənilər daxil olmaq istəyib. Ancaq atları apara bilməyiblər.
“Çünki biz atları vaxtında Ağdamın Üçoğlan kəndində gizlətmişdik”-deyə M.Hüseynov bildirib.
Direktor deyir ki, Qarabağ atlarının ən ucuzunum qiyməti 2 min, ən bahalısı isə 10 min manatdır.
Növbəti üz tutduğumuz məkan cəbhə bölgəsi olan Tərtər rayonunun Xoruzlu kəndi idi.
“Aqropat “MMC tərəfindən salınan intensiv meyvə bağları bu kəndin ərazisində yerləşir. Təxminən 130 hektar ərazini əhatə edən “Aqropat”da müxtəlif meyvə tingləri əkilib.
İntensiv bağçılıq mərkəzinin direktoru Elçin Maqsudov media nümayəndələrini bağla tanış etdi.
“Bağda təxminən 30-40 nəfər işçi fəaliyyət göstərir. Burada bir çox meyvə növləri yetişdirilir. Alma, alça, armud, heyva, xurmab (bir neçə növü), ərik, gilas, gavalı və s. Bu meyvə tinglərini Türkiyə və İspaniyadan almışıq. Yüksək məhsuldarlıq imkanına malik tinglərdir. Hələ ki məhsullar ölkə daxilinə satılır. Satış qiyməti o qədər yüksək deyil. Gələcəkdə ölkə xaricinə də satış nəzərdə tutulur, əsasən də Rusiya bazarlarına” – deyə E.Maqsudov söyləyib.
Ağacları əsasən Tərtər çayının suyu ilə suvarırlar.
Sonuncu gedəcəyimiz bölgə isə Gəncə oldu.
İlk olaraq Dövlət Aqrar Universitetinə baş çəkdik
Universitetin rektoru İbrahim Cəfərov bildirdi ki, əvvəlki illərlə müqayisədə universitetə maraq göstərənlərin sayı getdikcə artır. Buna səbəb kənd təsərrüfatı sahəsində keçirilmiş keyfiyyətli təhsil və yardılmış şəraitdir.
Rektor qeyd edib ki, ölkənin ən yaşlı tələbəsi Dövlət Aqrar Universitetində təhsil alır.
“Əslən Xaçmaz rayonundandır, 52 yaşı var. Hazırda 3 cü kurs tələbəsidir, 437 manat təqaüd alır.
İ.Cəfərov əvvəlki illərlə müqayisədən danışarkən, bir maraqlı məlumatı da söylədi.
“Bir gün dərsə girdim, gördüm ki, otaqda 1 nəfər tələbə var. Soruşdum ki, ay bala 5 nəfər hanı bəs? Nəysə təbaşiri əlimə aldım ki, birşey yazım tələbə əsnəməyə başladı. Dedim ay bala indi sənlə mən nə edim ?
Qayıtdı mənə dedi: “Mən Şəmkirin Könüllü kəndindən gəlirəm. Yollarımız o qədər pisdir ki, dərsə gəlib çatana qədər yoruluram”.
Dedim ay oğul bəs mən indi nə edim? Öz-özümə danışacaq deyiləm ki? Nəysə sonra aydınlaşdırdım ki, atası bizim universitetdə müəllim işləyir. Dedim gedin ata-bala imtahanda gələrsiniz.
“Uzun illərdir ki, bu universitetin qapısını heçkim açmırdı, artıq son 2 ildə qəbul olanların sayı artmağa başladı. Bunun da əsas səbəbi prezidentin və nazirin universitetə yetəri qədər diqqət ayırmalarıdır”.
İbrahim Cəfərov onu da bildirib ki, universitetdə xarici dil yüksək səviyyədə keçirilir. Hətta müasir texnologiyalar ilə tələbələrə təcrübə proqramları öyrədilir.
Yeni inşa olunmuş 7 mərtəbəli tələbə yataqxanasına gəldik. Böyük bir əraziyə malik bu yataqxanada 257 otaq, idman zalı, qadın və kişi salonu, otaqların hər birində ayrıca televizor, soyuducu, geniş mətbəx var. Tələbələr üçün hər bir şərait yaradılıb.
Hər bir tələbənin otaqda qalmağı üçün aylıq əmək haqqı 30 manat təşkil edir. Həmin əraziyə yaxın “ Patoloji Anatomiya Muzeyinə” də baş çəkdik. Muzeydə müxtəlif heyvanların orqanları və xəstəlik aşkar olunmuş nümunələri şüşə qablarda saxlanılır. Hətta eləsi var idi ki, tarixinə baxanda çox əvvələrə gedib çıxır. Hətta otaqda təcrübə otağı da fəaliyət göstərir. Bu nümunələri saxlamaqda əsas məqsəd tələbələrə əyani şəkildə təcrübə keçməkdir.
Mənə isə ən çox maraqlı gələn müxtəlif aylıqda insanın ana bətnindəki embrionu oldu. Bir insanın necə dəyişərək böyüməsi prosesi praktik şəkildə şüşə qabda saxlanılır.
Nəhayət son üz tutduğumuz məkan Azərbaycanın ən dərin gölü, şəffaf suyu, zəngin faunası, gözəllik nişanəsi olan Göygöl oldu. Sərin havası, yaşıllıqlarla əhatə olunmuş bu məkanda sanki, insan mənəvi rahatlıq tapır. Ruhu dincəlir, özünü bir cənnətdə hiss edir...
Jalə Mehdi