Azərbaycan əsgəri yeni tarix yazır!
Müdafiə Nazirliyi cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimizi tanıtmaqda davam edir.
Nazirlikdən Modern.az-a verilən açıqlamada əsgər Hünər Məmmədovdan bəhs edilib.
"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!".