Nəhayət, Bakıya qar yağdı. 2023-cü ilin ilk qarı uşaqlara sevinc bəxş etsə də, şaxtalı hava paytaxtımıza özü ilə bir çox problemləri gətirdi.
Gözlənildiyi kimi, yollar buz bağladı, maşınların hərəkəti çətinləşdi, qəzalar baş verdi. Əlbəttə, qarın səbəb olduğu problemlər bununla kifayətlənmir. Bu siyahıya digərlərini də əlavə etmək olar.
Vaxtilə ruzi-bərəkət rəmzi kimi qiymətləndirilən qarın yağmasına insanların reaksiyası necədir? Bakıya qar yaraşırmı?
Modern.az bu sualla paytaxt sakinlərinə müraciət edib. Respondentlərin bəziləri qarın yağmasına sevindiyini desə də, əksəriyyət problemləri dilə gətirib. Bu gün kimi işə, kimisi də dərsə gecikdiyini, şaxtalı havada yollarda qaldığını söyləyib.
Ətraflı videoda:
Operator: Əjdər İbrahimov