Modern.az

Türkiyə Fətullah Gülənin pasportunu ləğv edib

Türkiyə Fətullah Gülənin pasportunu ləğv edib

28 Mart 2014, 20:55

Modern.az saytı xəbər verir ki, Nurçuların lideri Fətullah Gülənin 1990-cı ildə Türkiyədə aldığı yaşıl pasport ləğv edilib

Fəthullah Gülənin yaşıl pasport almasının qanuni dayağı olan 07 Noyabr 1990-cı il tarixli və 39548 saylı yazının məzmununun Gülənin şəxsi faylının məzmununa uyğun gəlmədiyi və həqiqəti əks etdirmədiyi Diyanət İşləri Komitəsi tərəfindən təsbit edildiyi üçün Ərzurum valiliyi F. Gülənə yaşıl pasportun qanunsuz verildiyini əsas gətirərək pasportu ləğv edib.

Xatırladaq ki, F. Gülən 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatı ərazisində yaşayır.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok