Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Pirşağı, Qobustan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.