Modern.az

Böyük Britaniyadakı diplomatımız fəxri mükafat aldı  

Böyük Britaniyadakı diplomatımız fəxri mükafat aldı   

Aktual

24 İyul 2018, 12:04

İyulun 18-də  Böyuk Britaniyada akkreditə olunmuş diplomatların və ölkənin təhsil üzrə müvafiq qurumlarının iştirakı ilə hər il ənənəvi olaraq Kings Kollecdə keçirilən Təhsil Konfransı keçirilib.

Modern.az xəbər verir ki, konfrans çərçivəsində Londonda yerləşən iyirmi beş minlik diplomatik korpus arasında təhsil məsələləri üzrə məsul  şəxslərin il ərzində fəaliyyəti təhlil olunur və yerli qurumlar, eləcə də təhsil mərkəzləri ilə əməkdaşlığı və effektiv fəaliyyəti ilə fəqrlənən diplomatlar mükafatlandırılır.

Konfrasda Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin birinci katibi Hüseyn Hüseynov xüsusi fəxri mükafatla təltif edilib. Mükafatı təqdim edən Londondakı diplomatik korpus arasında nüfuzlu "Embassy" jurnalının redaktoru Elizabeth Stewart bu mükafatın Azərbaycanda təhsil sahəsində gedən islahatların və gənc nəslin, həmçinin diplomatların sözügedən islahatlarda oynadığı vacib rolunun layiqli qiymətləndirilməsinin nəticəsi olduğunu bildirib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı