Modern.az

ABŞ səfirliyinin Müvəqqəti İşlər Vəkili: “Gülnarə kimi qurbanlara yardım etmişik”

ABŞ səfirliyinin Müvəqqəti İşlər Vəkili: “Gülnarə kimi qurbanlara yardım etmişik”

Aktual

30 İyul 2018, 15:53

 

ABŞ səfirliyinin Müvəqqəti İşlər Vəkili Uilliam Qill Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə Həsr Olunan Konfransı açıb.

 

Modern.az xəbər verir ki, o qeyd edib:

 

“Bizim hamımızın insan alverinə qarşı aparılan mübarizədə vacib rolumuz var. Birgə işləyərək biz bu mübarizədə qalib gələ bilərik.”

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) təşkilatıda daxil olmaqla ABŞ hökuməti tərəfindən maliyyələşdirilən konfrans Beynəlxalq Miqrasiya Təşkilatı Təşkilatı (İOM) tərəfindən təşkil olunub. Müxtəlif dövlətlərdən olan diplomatlar, Azərbaycan hökumətinin rəsmiləri və insan alverinə qarşı mübarizə sahəsində çalışan ekspertlər konfransın işinə qatılıb sözügenən beynəlxcalq problemin çözülməsi yollarını müzakirə ediblər.

 

Öz çıxışında Müvəqqəti İşlər Vəkili Qill qeyd edib:

 

“Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə dünyada quldarliq qurbanlarının sayi hər bir zaman 25 milyon ətrafındadır”.

 

Qill “insan alveri qurbanları sadəcə bir qrup deyil, onların adları, simaları və bizim ilə paylaşacağı əhvalatları var” deyib.

 

Uilliam Qill şəxsiyyətinin gizli saxlanılması üçün şərti Gülnarə adı verdiyi bir cəsarətli Azərbaycanlı qadının əhvalatını söyləyib. Sözügedən qadın insan alveri qurbanına çevrilmiş lakin Azərbaycan hökuməti, USAİD və İOM təşkilatlarının əməkdaşlığı sayəsində o, sığınacaq taparaq öz həyatını ləyaqətli şəkildə davam etmək imkanı əldə edib.

 

Müvəqqəti İşlər Vəkili Qill əməkdaşlıq şəkilində fəaliyyətin vacibliyinidə vurğulayıb.

 

“Birləşmiş Ştatlar illər boyu Azərbaycan və dünayın digər ölkələri ilə birgə işləyərək sözügedən cinayətə qarşı mübarizə aparıb və Gülnarə kimi qurbanlara yardım edib. Azərbaycanla bu sahədə hər zaman tərəfdaşlıq etmişik. Birləşmiş Ştatlar Azərbaycanın etdiyi ayrdım insan alveri qurbanları üçün sığınacaqların maliyyələşdirilməsi, insan alveri qurbanlarına tibbi yardım göstərən peşəkarlara təlimlərin təminatı və həmçinin aidiyyatı olan nazirliklərin fəaliyyətinin gücləndirilməsindən ibarətdir”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı