Modern.az

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - PROQNOZ

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - PROQNOZ

Güncel

2 Mart 2020, 13:20

Martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 11-14, Bakıda gecə 3-5, gündüz  11-13 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz:

 

Martın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı