Modern.az

AMEA-da yeni kadr təyinatları olub

AMEA-da yeni kadr təyinatları olub

مورد توجه

3 Mart 2020, 19:33

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr təyinatları olub.

 

Akademiyadan Modern.az-a verilən məlumata görə, Fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə tövsiyə olunub. AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və institutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev növbəti beş il üçün həmin vəzifələrə tövsiyə olunublar.

 

Elmi şura tövsiyə olunan namizədlərin müvafiq vəzifələri tutmaları, AMEA Riyaziyyat və Mexanika İnstitutunun təklif etdiyi namizədlərin müvafiq şöbə müdiri, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrinə təsdiq olunmaları barədə qərar qəbul edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı