Modern.az

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb - FOTO

Aktual

3 İyun 2021, 21:03

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində şəhid olmuş hərbçilərimizdən bir qrupun ailə üzvləri ilə görüşüb. 

 

Komitə sədrinin eyni gündə şəhid olan qardaşlar, Bakı şəhəri, Binə qəsəbə sakinləri İman və Bəhramın atası Elman Məmmədov, Tovuz rayon sakini, şəhid Kamran Quliyevin atası Dadaş Quliyev, Tovuz rayon sakini şəhid Müşfiq İsmayılzadənin valideynləri Aytəkin və Xanlar Kərimovlar, Tovuz rayon sakini, şəhid Sənan Ələsgərovun atası Əkram Ələsgərovla, Tovuz rayon Əyyublu kənd sakini Eyvaz Cəmşid oğlu Bayramovun və Sumqayıt şəhər sakini, şəhid Elşad Həsənovun ailəsi ilə görüşü Milli Məclisdə baş tutub.

 

Deputat şəhidlərin döyüş yolu, valideynlərinin onlarla bağlı xatirələri və ailənin qayğıları ilə maraqlanıb.

 

Q.Paşayeva şəhid ailələrinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı