Görkəmli coğrafiyaçı-alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib.
Modern.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məzarın önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.