Modern.az

Azərbaycan Tokioda 7-ci qızıl medalını qazandı - YENİLƏNİB

Azərbaycan Tokioda 7-ci qızıl medalını qazandı - YENİLƏNİB

Aktual

28 Avqust 2021, 17:20

Azərbaycan paraatleti Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, idmançımız nizə atma növü üzrə yarışda 1-ci yeri tutub.

 

Qeyd edək ki, 51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu yeniləyib.

 

***

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

 

Modern.az xəbər verir ki, idmançımız finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

 

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.

 

***

Azərbaycan komandası Tokio Paralimpiadasında beşinci qızıl medalını qazanıb.

 

Modern.az xəbər verir ki, qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudodan üstün olub.

 

Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.

 

***

Azərbaycan idmançısı Sevda Vəliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

 

Modern.az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib.

 

Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini 1:0 hesabı ilə məğlub edən S.Vəliyeva Azərbaycana dördüncü qızıl medalı qazandırıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı