Modern.az

14 yaşlı oğlan ailə üzvlərini güllələyib öldürdü

14 yaşlı oğlan ailə üzvlərini güllələyib öldürdü

مورد توجه

29 Avqust 2021, 12:02

Türkiyənin Ordu vilayətində dəhşətli hadisə baş verib. 

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.

 

O, polis məmuru olan atasının tapancasını götürərək, valideynlərinə, qardaşı və nənəsinə atəş açıb. 

 

Nəticədə anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı