Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə statistik məlumatları açıqlayıb.
ANAMA-dan Modern.az-a verilən məlumata görə, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 634 hektar ərazi mina və PHS-lardan təmizlənib.