Sosial şəbəkələrdə Lənkəran rayonunda yeni təmir edilmiş Zövlə kənd orta məktəbinin qarşısındakı həmişəyaşıl ağacların kəsildiyi barədə məlumat yayılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a bildirilib ki, yayılmış məlumatlarla əlaqədar hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

 

Lənkəranda ağaclar kəsilib - Nazirlik araşdırmaya başladı - Gallery Image