Modern.az

İmişli sakinini balıq tutarkən "tok" vurub ÖLDÜRDÜ

İmişli sakinini balıq tutarkən

Aktual

6 Sentyabr 2021, 10:17

Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İmişli rayon prokurorluğunundan Modern.az-a verilən məlumata görə, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektik cərəyanının vurması nəticəsində ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı