Modern.az

Beyləqanda yanan evdə 2 yaşlı uşağın meyiti tapıldı

Beyləqanda yanan evdə 2 yaşlı uşağın meyiti tapıldı

مورد توجه

2 Yanvar 2022, 14:36

Beyləqan rayonunun Şəfəq qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin oğlu, 2019-cu il təvəllüdlü Həsənli Əli Ruslan oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı