Modern.az

Bu ölkənin baş nazirinə də sui-qəsd edildi

Bu ölkənin baş nazirinə də sui-qəsd edildi

Aktual

2 Yanvar 2022, 23:17

Haitinin Baş naiziri Ariel Anrini öldürməyə cəhd ediblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Qonaives şəhərində baş verib.

 

Məlumata görə, Anri mərasim keçirilən məbədi tərk etdikdən sonra yaxınlıqda bir neçə atəş səsi eşidilib. Dərhal onu təhlükəsiz yerə aparıblar. Baş nazir hadisə zamanı xəsarət almayıb.

 

Qeyd olunur ki, atışma nəticəsində azı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. 

 

Xatırladaq ki, bu ilin iyul ayında ölkənin prezidenti sui-qəsd nəticəsində ölüb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı