Modern.az

İnfarkta səbəb ola biləcək VƏRDİŞLƏR

İnfarkta səbəb ola biləcək VƏRDİŞLƏR

Aktual

3 Yanvar 2022, 07:21

Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Mayo Clinic təşkilatının mütəxəssisləri bildirib.

 

Onların sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir. Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görüblər.

 

Mütəxəssislər ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşqul olmağı məsləhət görür. Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı