Modern.az

Avropada COVID-19-a yoluxanların sayı 100 milyonu ÖTDÜ

Avropada COVID-19-a yoluxanların sayı 100 milyonu ÖTDÜ

Aktual

3 Yanvar 2022, 09:06

Hazırda Covid-19 pandemiyasının episentri hesab olunan Avropada 2019-cu ilin dekabrından bu günədək yoluxanların sayı 100 075 000 nəfərdən çox olub.

 

Modern.az-ın xəbərinə görə, statistika Avropa qitəsinin bütün ölkələrinin (MDB də daxil olmaqla) rəsmi qurumlarının gündəlik hesabatları əsasında tərtib edilib. Dünyada qeydə alınmış ümumi yoluxma hallarının üçdə biri bu qitənin payına düşür. Ötən həftə qeydə alınmış yoluxma sayı 5 milyon nəfərə yaxındır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı