Modern.az

Ata oğluna ov tüfəngilə xəsarət yetirdi

Ata oğluna ov tüfəngilə xəsarət yetirdi

Aktual

3 Yanvar 2022, 13:00

İmişli sakinindən ov tüfəngi götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Y.Rüstəmovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı