İranda COVID-19-un "Omicron" ştamına yoluxanların sayı günü-gündən artır.
Modern.az-ın məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.
O bildirib ki, ölkədə koronavirusun "Omicron" ştamına yoluxanların sayı 194 nəfərə çatıb.
Nazirin sözlərinə görə, "Omicron"a yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.
Qeyd edək ki, bundan öncə İranda "Omicron" virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.