Modern.az

“Qarabağ” və “Neftçi” ümumdünya reytinqində irəlilədi

“Qarabağ” və “Neftçi” ümumdünya reytinqində irəlilədi

Aktual

3 Yanvar 2022, 14:54

Futbol klublarının ümumdünya reytinq cədvəli açıqlanıb.

 

Modern.az xəbər verir ki, “Top-500”də Azərbaycan iki klubla təmsil olunub.

 

Təmsilçilərimiz arasında ən yüksək pillədə “Qarabağ” qərarlaşıb. Qurban Qurbanovun yetirmələri planetin 175-ci komandasıdır. Ağdam klubunun aktivində 1560 xal var.

 

Azərbaycan Premyer Liqasının vitse-çempionu bir il ərzində böyük sıçrayışa nail olub. “Qarabağ” 44 pilləlik yüksəliş əldə edib.

 

Ölkə çempionu “Neftçi” də son bir ildə irəliləyib. Bakı təmsilçisi 365-ci sırada qərarlaşıb. Baş məşqçi Samir Abasovun yetirmələrinin aktivində 1471 xal var. Paytaxt klubu 23 pillə irəliləyib.

 

Qeyd edək ki, siyahıya 2105 xala malik “Bavariya” başçılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı